Amerikanın "Amerikan Regional İngilis Dili Lüğəti" (DARE) adlanan təşkilatı “nəsli kəsilməkdə olan" regional Amerika söz və söz birləşmələrini qorumaq üçün dəstək kampaniyasına başlayıb.
ABŞ-ın Azərbaycandakı səfriliyi Facebook səhifəsində bildirir ki, Amerikanın müxtəlif ştatlarının dialekt növlərinin xəritəsini müəyyən etmək məqsədilə təxminən 3000 üz-üzə müsahibə keçirtdikdən sonra DARE təşkilatı @Acast yayım platforma şəbəkəsi ilə əməkdaşlığı ilə radio verilişlərində bu sözlərdən istifadə edərək onların milli lüğətə daxil olmasını təşviq edib.