Digər ölkələrdən uşaqların ABŞ-da övladlığa götürülməsi 14 faiz azalıb

Digər ölkələrdən uşaqların ABŞ-da övladlığa götürülməsi ötən il 14 faiz azalıb. ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, bu göstərici əsasən Çin olmaqla geriləyib. Ümumi övladlıq göstəricisi 2009-cu ildə 12753 idisə, 2018-ci ildə 4059 olub.

Konqresə təqdim edilən illik hesabatda bildirilir ki, Çindən uşaqlaın özladlığa götürülməsi o ölkədəki iqtisadi durumun yaxşılaşması və ölkə daxilində uşaqların daimi ev tapması şərtləri ilə izah edilir. Lakin Çin hələ də bu siyahıda aparıcı ölkə olaraq qalır. 2018-ci ildəo o ölkədən 1475 uşaq götürülüb. Daha əvvəlki illə müqayisədə bu, 655 uşaq azdır.

Hindistan (302), Ukrayna (248) və Kolunmbiya (229) siyahıda növbəti yerləri tutur. Eyni zamanda uşaq götürülməsi nadir ölkələr siyahısında ilk onluqdadır.

Efiopiydasan uşaq götürülməsi halları 43 faiz azalaraq 177 uşaq təşkil edib.