Rusiyada qocalar evində baş verən yanğında 22 nəfər ölüb

Kemerevo, Rusiya. 24 dekabr, 2022.

Rusiya rəsmiləri deyir ki, Kemerevo şəhərində qocalar evində çıxan yanğın nəticəsində 22 nəfər həyatını itirib.

Dövlət mediası bildirib ki, bina rəsmi olaraq qocalar evi kimi qeydiyyatdan keçməyib.

Yanğının səbəbi hələ ki, məlum deyil.

Qocala evində çalışan bir könüllü deyib ki, binada 27 nəfər olub və onlardan yalnız altısını təxliyyə etmək mümkün olub. 20 nəfərin cəsədi artıq tapılıb. Binanın ikinci mərtəbəsi tamamilə yanıb. İki nəfər xəsarət alıb, həkimlər onların vəziyyətinin ağır olduğunu bildirib. Onların 63 və 43 yaşları var. Daha dörd nəfər dəm qazından zəhərlənib, onlar müalicəni evdə davam etdirəcəklər.

Kemerevo Moskvanın 3600 kilomet şərqində yerləşir.