Diaspor qəzetləri ara seçkilərlə pərçimlənib

Your browser doesn’t support HTML5

Amerikanın mühacirət icmasına xidmət edən qəzetlər adətən mühacirət kimi məsələlərin işıqlandırılmasına üstünlük verir. Lakin bu il Konqres seçkilərinin maraq doğurduğu ortaya çıxıb. Belə ki, bu seçkilər ya prezident Trampın gündəmində olan bəzi proqramların qarşısını alacaq, ya da onun siyasətinə yeni vüsət verəcək.