Dehlidə etiraz aksiyası

Dehlidə yüzlərlə insan 2012-ci ildə zorlama hadisəsi ilə bağlı həbs edilən şəxsin azadlığa buraxılmasına etiraz edir. O zaman gənc qıza qarşı təcavüz ciddi etirazlara və ölkədə zorlama qanunlarının dəyişdirilməsinə yol açmışdı.

Etirazçılar arasında 6 kişi tərəfindən döyülərək, vəhşicəzinə zorlanan qızın valideynləri də var. 17 yaşlı qız zorlanmazdan əvvəl dəmir simlə döyülmüşdü.

Bağlı qapılar arxasında keçirilən məhkəmə prosesi nəticəsində yeniyetmə gənc 3 il həbsə məhkum edilmişdi. 3 nəfər ölüm cəzası almışdı. Onlardan biri həbsxanada özünü asmışdı.

Nümayişçilər seksual təcavüslə bağlı qanunların sərtləşdirilməsini tələb edib. 2013-cü ildə yeniyetmələrin böyüklər kimi mühakimə yaşı 18-dən 16-ya endirilib.

Hinsitanda ötən il qadın və qızlara qarşı zorakılıq, zorlama, oğurluq, ərləri tərəfindən qəddarlıq kimi 337,922 şikayət qeydə alınıb. Bu, 2013-cü illə müqayisədə 9 faiz çoxdur.