Fevralın 3-də ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqan Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevlə görüşüb.
ABŞ səfriliyi Twitter hesabında bildirir ki, görüşdə ABŞ-ın Azərbaycana yardımı ilə bağlı müzakirə aparılıb.
Səfir müavini Hoqan Azərbaycan tərəfinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) SEDA (sosial-iqtisadi layihələr) lahiyəsinə verdiyi dəstəyə görə təşəkkür edib.
“SEDA proqramı insanları və höküməti bir araya gətirərək sosial məsələlərin ünvanlanmasına təkan verir”, Hoqan qeyd edib.
Görüşdə gələcək əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub.