ABŞ və NATO-nun Əfqanıstandakı komandanı qoşunlarının bir hissəsinin iyul ayında çıxarılması prosesində irəliləyiş əldə etdiyini bildirib.
General Deyvid Petreas Senatın Silahlı Qüvvələr Komitəsində qanunvericilər qarşısında verdiyi ifadədə Taliban qüvvələrinin bir neçə strateji bölgələrdən çıxarılmasını nailiyyət kimi qiymətləndirib.
O, eyni zamanda uğurların kifayət etmədiyi barədə xəbərdarlıq verərək, mülki yenidənqurma səylərinə əlavə fondlar ayrılmasa, bu nailiyyətlərin davamsız olacağını təkrar edib.
General deyib ki, mülki yenidənqurma proqramı üçün maliyənin çatışmazlığı NATO qüvvələrinin irəliləyişlərini təhlükə qarşısında qoya bilər.
Qüvvələrin bu ilin sonunda Əfqanıstanı tərk edəcəyi gözlənilir.