Deyvid Kameron: Britaniya öz qoşunlarını Əfqanıstanda saxlayacaq

  • Amerikanın səsi

Deyvid Kameron: Britaniya öz qoşunlarını Əfqanıstanda saxlayacaq

Britaniya Əfqanıstanda qoşunlarını 2014-cü ilədək saxlayacaq.

Britaniya baş naziri Deyvid Kameron müxbirlərə deyib ki, onun qüvvələri cədvəllə müəyyən edilmiş tarixdən öncə ekstremizmlə mübarizə aparan ölkədən çıxarmaq niyyəti yoxdur.

O, həmçinin deyib ki, Britaniya rəsmi Kabillə möhkəm münasibətlər saxlayacaq, çünki “təhlükəsiz və sabit Əfqanıstanın mövcudluğu” bütün dünyanın maraqlarına xidmət edir.

Cənab Kameronun bəyanatı Əfqanıstan prezidenti Həmid Karzayla Londonun civarındakı görüşdən sonraya təsadüf edir. Britaniya lideri ölkəsinin Əfqanıstana 2014-cü ildən sonra da təhlükəsizlik sahəsində yardım göstərəcəyini bildirib.

Onun mövqeyi cümə günü cənab Karzayla görüşmüş Fransa prezidenti Nikola Sarkozinin mövqeyindən fərqlənir. Cənab Sarkozi həmin görüşdə Həmid Karzaya bildirib ki, fransız qüvvələr Əfqanıstanı nəzərdə tutulmuş vaxtdan bir il öncə, 2013-cü ildə tərk edəcəklər.

Ötən həftə Kapisa vilayətində əfqan əsgər dörd silahsız fransız əsgərini öldürmüşdü.