AXCP fəalı Azərbaycan CM-in 221.2-ci maddəsi ilə ittiham olunur
Oktyabrın 14-ü Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi partiyasının
(AXCP )üzvü Dəyanət Babayevə hökm oxunub.
Dəyanət Babayevin Amerikanın Səsinə verdiyi məlumata görə AXCP fəalına 3 il azadlıqdan məhrumetmə cəzası verilməsini hökm edib, amma Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanı 2 il şərti cəza ilə əvəzləyib.
O,özünü bu ittihamla təqsirli bilmir?hesab edir ki ,bu onun ictimai-siyasi fəallığı ilə bağlıdı.
AXCP fəalı hökmdən apellyasiya şikayəti verəcək.
Dəyanət Babayev Azərbaycan CM-in 221.2-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) ittiham olunur.
İstintaq iddia edir ki, 2012-ci il noyabrın 7-də Babayev digər AXCP fəalı Rəhim Musayevlə birlikdə Bakının mərkəzində ictimai asayişi pozub.
Onlar guya sərxoş vəziyyətdə vətəndaş Tofiq Səlimovu təhqir ediblər və ona yüngül bədən xəsarətləri yetiriblər.
Əslində isə mülki geyimli sadıqov özünü polis əməkdaşı kimi təqdim edərək, fəallara şöbəyə gəlməyi təklif edib. Fəallar ondan vəsiqə tələb etdikdə o, qaçmağa başlayıb. Gənclər bu barədə yaxınlıqdakı polis əməkdaşına bildirsələr də, özləri saxlanılıblar.