Aşağı keyfiyyətli dərmanlar ictimai səhiyyəyə ciddi təhlükə yaradır

Saxta və qeyri-dəqiq dozalı preparatlar da daxil edilməklə, aşağı keyfiyyətli dərmanlar ictimai səhiyyəyə ciddi təhlükə yaradır.

Saxta dedikdə müddəti keçmiş, və ya istehsal defektləri olan dərmanlar nəzərdə tutulur.

Amerikanın Tropik Təbabət və Gigiyena jurnalında dərc edilən son hesabatın həmmüəllifi, içtimai səhiyyə eksperti Quarvik Nayyarın dediyinə görə, saxta dərmanlar beynəlxalq sərhədləri aşaraq geniş şəkildə yayılıb və onlar çaxsaylı insan həyatına təsir göstərir.

Hesabat 17 araşdırmaya əsəslanır. On il sürən araşdırmalar zamanı Afrikada 11 faiz, Asiyada isə 3.5 faiz dərmanların standartlara cavab vermədiyi aşkar edilib.

Çox hallarda əsl dərmanlardan seçilməyən saxta preparatların tərkibində fəal inqredientlər məhdud olur.

Oksford Universitetinin alimi Patrisia Tabernero Laosda malyariyaya qarşı dərmanlar üzərində tədqiqat aparıb. O, həmkarları ilə bərbarər əvvəllər müşahidə edilən saxta dərmanlar aşkar etməyib. Lakin dərmanların çoxu standartlara cavab verməyib.

“Xəstələr kefyiyyətsiz dərmanların təsirinə məruz qalır. Onların təkiblərində ya az, ya da artıq miqdar qeydə alınıb.”

Alimlər dərmanların keyfiyyəti üçün onların əlavə testlərdən keçirilməsinə ehtiyac olduğunu deyir.

Ottava Universitetinin alimi Əmir Attaran qanuni iş çərçivəsi yaradılmasını önə çəkir. Belə ki, problem beynəlxalq sərhədləri aşıb.

“1929-cu ildə saxta pullara dair beynəlxalq saziş əldə edilib. Əgərl təbabətdəki problemi həll etmək istəyiriksə, 1929-ci ildə pula dair atdığımız ölçülərə əl atmalıyıq.”