Azərbaycan Konstitusiya Məhkəməsinin VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsini təsdiq etməsi bir qrup deputatlığa namizəd tərəfindən etirazla qarşılanıb.
Deputatatlığa namizədlər Konstitusiya Məhkəməsinin binası qarşısındakı meydana toplaşıb. Polis etiraz edən deputatlığa namizədlərlə Konstitusiya Məhkəməsinin binası arasında canlı səd qurub. Deputatlığa namizədlər və jurnalistlər məhkəmənin binasının qarşına buraxılmayıb.
Müsavat Partiyasından olan deputatlığa namizədləri bu partiyanın Mərkəzi Seçki Komissiyasındakı səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı təmsil edib. Aslanlı deputatlığa namizədlərin Konstitusiya Məhkəməsinin iclasına buraxılmamasını seçki qanunvericiliyin və açıq məhkəmə prinsipinin pozulması kimi qiymətləndirib.
Deputatlığa namizəd Fərhad Mehdiyev Konstitusiya Məhkməsinin qərarının siyasi oldğunu iddia edir. Onun sözlərinə görə, məhkəmələrə kifayət qədər sübutlar təqdim edilməsinə baxmayaraq hüquqi qiymət verilməyib.
Your browser doesn’t support HTML5
Deputatlığa namizəd Bəxtiyar Hacıyev seçicilərinin səsinin oğurlanmasının ağır cinayət olduğunu deyib.
"Təkzibedilməz saxtakarlıq faktları olmasına baxmayaraq ölkə daxilində seçiciləırimin səslərini qoruya bilmədim. Mən buna görə seçicilərimdən üzr istərirəm. Əminəm ki, Avropa İnsan Hüquqları Məhkəməsində ədalət yerini tapacaq,” o qeyd edib.
Deputatlığa müstəqil namizəd Abid Qafarov isə bildirib ki, bu seçkilərdən sonra hakimiyyətə müxalifətə keçib.
“Çünki seçkilər yolu ilə ədaləti bərpa etmək mümkün deyil.”
Deputatlığa namizəd Ziya Quliyev hesab edir ki, Avropa Məhkəməsində 90-dan çox seçki dairəsi üzrə saxtakarlıqların sübutu üçün yetərincə faktlar var. Onun firkincə Avropa Məhkəməsinin qərarları parlamentin legitimliyini şübhə altına alacaq.