Depressiya qan təhlilləri yolu ilə müəyyən edilə bilər

ABŞ alimləri bu yaxınlarda qan təhlilləri yolu ilə depressiyanı müəyyən etməyə müvəffəq olub. Bu üsul xəstələrin diaqnozlaşdırılmasına yardım etməklə yanaşı, bu zehni xəstəliyin stiqmasının aradan qaldırılmasına yol aça bilər.

Depressiya geniş yayılmış bir problemdir. Qan təhlilləri ilə bağlı araşdırmalara rəhbərlik edən professor Eva Redeinin dediyinə görə, Ümumdünya Səhiyyə Təşkilatı ildə 350 milyon insanın depressiyadan əziyyət çəkdiyini bildirir. Professor bu göstəricinin qat-qat artıq olduğunu düşünür.

Eva Redei deyir ki, depressiya xəstəlikdir və digər xəstəliklər kimi bu da diaqnozlaşdırılmalıdır.

Professorun rəhbərlik etdiyi araşdırmanın nəticəsi olaraq depressiya ilə müalicə edilən xəstələrin qanında 9 göstərici yoxlanılır. Bu göstəricilər inkişafların işarəsidir. Bu yolla alimlər müalicənin effektivliyini müəyyən edə bilir.

Depressiyanın qan təhlilləri ilə müəyyən edilməsi üçün əlavə tədqiqiatlara ehtiyac duyulsa da, alimlər bu yolla digər zehni xəstəliklərin aşkar ediləcəyinə ümid bəsləyir.