"Azərbaycan hökuməti insan haqlarını pozan rəsmilərin əksəriyyətini nə təqib edir, nə də cəzalandırır - cəzasızlıq problem olaraq qalır." Bu haqda ABŞ Dövlət Departamentinin dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatının Azərbaycanla bağlı hissəsində qeyd edilir.
Çərşənbə günü ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünya ölkələrinin insan haqlarına və fundamental azadlıqlara münasibətini dəyərləndirən hesabatı açıqlanıb. Hesabatı təqdim edən Dövlət Katibi Mayk Pompeo ABŞ-ın xarici dövlətlərlə münasibətlərinin əsasında insan haqlarının mühüm yer aldığını vurğulayıb.
Birləşmiş Ştatların baniləri və BMT İnsan Haqları Komissiyasının nümayəndələri tanıyıblar ki, fundamental din və etiqad, ifadə, dinc toplaşma və təşkilatlanma azadlıqları hər bir insana məxsusdur.
Hesabatın Azərbaycana aid 40 səhifəlik hissəsində bu Cənubi Qafqaz ölkəsində baş verən hüquq pozuntuları ətraflı şəkildə təsvir edilir. Azərbaycanda arbitrar qətllərin və işgəncə hallarının geniş hal aldığını vurğulayan hesabatda bildirilir ki, 2018-ci ilin sentyabr ayında Teymur Axundov Qazax polis idarəsində sorğu-suala çəkildikdən sonra vəfat edib. Onun ailəsi Axundovun ölümünə polis tərəfindən yetirilən fiziki təzyiqlərin səbəb olduğunu bildirib.
Sentyabrın 13-də Dövlət Sərhəd Xidmətinin sıravi əsgəri Hüseyn Qurbanov naməlum şərtlər altında həyatını itirib. Rəsmilər onun intihar etdiyini bildirsə də, ailəsi Qurbanovun hərbi bölmə üzvləri tərəfindən qətlə yetirildiyini iddia edir.
Azərbaycanda polis nəzarətində olan insanların tez-tez işgəncələr və qəddar rəftarla üzləşdiyini qeyd edən hesabat polisin zordan istifadə edərək tutulanlardan "etiraf" aldığını yazır.
Bu işgəncə növləri sırasında dəyənəklə ayaqların altına vurulması və bədənə elektrik şoklarının verilməsi göstərilir.
SEE ALSO: “2018-ci ildə Azərbaycanda insan haqlarının vəziyyəti: Siyasi repressiyalar” adlı hesabatBu işgəncələr tutulanların öz təqsirlərini boyunlarına almaları, yaxud da əlavə cinayət maddələri tətbiq edilməsi məqsədi daşıyıb," hesabatda deyirlir.
Bu xüsusda video bloger Mehman Hüseynovun ona işgəncə verildiyini açıqlamasından sonra Nəsimi rayon polis idarəsinin iddiası əsasında iki il həbsə məhkum olunduğu bildirilir.
Azərbaycanda polis nəzarətində olan adamların ayaqlarının altına dəyənəklə vurulur, onlara elektrik şokları verilir.
Həbsxanalarda vəziyyəti monitorinq edən qrupun bildirdiyinə görə, Azərbaycanda həbsxanalarda vəziyyət həyati təhlükə daşıyır. Belə ki, kameralar həddindən artıq dolu, istilik və ventilyasi sistemi yararsız və lazimı tibbi qayğı mövcud deyil. Buna misal olaraq göz əməliyyatından məhrum edilən və daha sonra gözünə daimi zədə dəyən AXCP-nin müşaviri Məhəmməd İbrahimi göstərmək olar.
Məhəmməd İbrahimin üç illik cəza müddətinin başa çatmasına iki gün qalmış onun saxlandığı 16 Saylı Cəzaçəkmə Müəssisəsində yatağından bıçaq tiyəsi tapıldığı iddia olunaraq, ona qarşı CM-in 317-2.1 (Həbsdə saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham irəli sürülüb. Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi onun barəsində istintaq dövrü üçün iki aylıq həbs-qətimkan tədbiri seçib.
Hesabatda deyilir ki, məhbuslar məhkəmələrini gözləyənədək yerli məhkəmələrin qeyri-insani şəraitdəki zirzəmilərində saxlandıqlarından şikayətlənir.
SEE ALSO: Hüquq müdafiəçiləri işgəncələrlə bağlı dinləmələr keçiribBundan əlavə, yeməklərin keyfiyyəsizliyindən də gileylənənlərin sayı az deyil.
Qanuna əsasən siyasi məhbuslara məxsus hüquqların digər məhbuslara verilən hüquqlardan fərqlənmədiyini qeyd edən hesabatda siyasi məhbuslara müxətlif növ məhdudiyyətlərin tətbiq edildiyi vurğulanır.
Siyasi məhbuslara kitab oxumaq və ailələri ilə görüşməklə bağlı xüsusi məhdudiyyətlər tətbiq edilir.
Prezidentin martın 24-də imzaladığı əfv fərmanından əlavə, Ali Məhkəmə aprelin 5-də "qeyri-qanuni sahibkarlıqda və səlahiyyətlərini aşmaqda" ittiham olunan jurnalist Əziz Orucovu şərti azadlığa buraxıb. Avqustun 13-də Şəki Apellyasiya Məhkəməsi müxalif Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovu şərti azadlığa buraxıb. Məmmədov Avropa insan Haqları Məhkəməsinin 2014 və 2017-ci ildə verdiyi qərarlara rəğmən 2013-cü ildən bəri həbsdə idi. Oktyabrın 31-də İlqar Məmmədov kassasiya şikayəti irəli sürərək tam bəraətini tələb edib.
Yanvarın 12-də Balakən Rayon Məhkəməsi azərbaycanlı jurnalist Əfqan Muxtarlını altı il müddətinə həbs cəzasına məhkum edib. Rəsmilərin Muxtarlını mayın 30-da Gürcüstandan oğurlayıb, Azərbaycana gətirərək onu sərhədi qanunsuz keçmək və bənzər ittihamlarla həbs edib.
SEE ALSO: Hüquq müdafiəçisi: “Ağır işgəncələr, total həbslər və qətlə yetirilmə ilə müşayiət olunan hadisələr baş verir”Yanvarın 23-də Qazax Rayon Məhkəməsi müxalif Xalq Cəbhəsi partiyasının sədr müavini Gözəl Bayramlını sərhəddən qanunsuz pul keçirmək ittihamı ilə üç illik azadlıqdan məhrum edib. İnsan haqları müdafiəçiləri onun həbsinin siyasi motivli olduğunu və rəsmilərin Bayramlını icazəsiz siyasi nümayişlərin təşkilində oynadığı roluna görə həbs etdiyini bildirib.
Fəlların siyasi məhbus hesab etdiyi insanlar arasında Xalq Cəbhəsi partiyasının üzvləri Vidadi Rüstəmov, Aqil Məhərrəmov, Ruslan Nəsirli, Babək Həsənov, partiya tərəfdarları Saleh Rüstəmov və Musavat partiyasının fəalı Azad Həsənov var.
SEE ALSO: Saleh Rüstəmov: “Qardaşım oğlu Vidadinin səsini ah-naləsindən tanıdım”Qanunlar ölkədə ifadə və mətbuat azadlığını təmin edib, mətbuatda senzuranı qadağan etsə də, hökümət bu qanunları pozur. Hökümət ifadə azadlığı və mətbuatın müstəqilliyini məhdudlaşdırıb. Jurnalistlər hədələnib, bəzi hallarda isə döyülüb və ya həbs olunub. Hökümət media orqanlarını və ölkədə və xaricdə olan jurnalistlər və onların qohumlarına təzyiq göstərməkdə davam edib.
Azərbaycan hökuməti ifadə azadlığını və media müstəqilliyini məhdudlaşdırır.
İl boyu hökümətə məxsus və hökümətpərəst mətbuat orqanları mediada dominant mövqeyə malikdir. Çox məhdud sayda müstəqil onlayn media orqanları hökümətin siyasəti ilə bağlı müxtəlif fikirlər irəli sürüb, lakin hökümət də buna görə onları müxtəlif yollarla cəzalandırıb. 2018-ci il IREX Medianın Davamlılığı İndeksində “əsas xəbər media orqanlarının hakim elitanın nəzarəti altında olduğu və yalnız onların məqsədlərinə uyğun xəbərləri işıqlandırdığı” qeyd olunub.
Yerli müşahidəçilər bildirib ki, müstəqlil media orqanlarının jurnalistləri il boyu fiziki və kiber hücumlara məruz qalıb. Bu hücumlar əsasən Azadlıq Radiosu, Azadlıq qəzeti və digər qəzetlər, Meydan TV və Obyektiv TV-nin jurnalistlərini hədəf alıb.