Sabiq prezidentin bütün Amerika boyu canlı yayımlanan nitqindən sonra nümayəndələr Barak Obamanın namizədliyini təsdiqlədilər
Çərşənbə günü Şimali Karolina ştatının paytaxtı Şarlott şəhərində keçirilən Demokratların Milli Qurultayında növbəti dövr üçün ABŞ prezidenti Barak Obamanın prezidentliyə namizədliyi rəsmi qaydada təsdiqləndi.
Keçmiş president Bil Klintonun bütün ölkə boyu canlı yayımlanan həyəcanlı nitqindən sonra nümayəndələr Barak Obamanın ikinci dönəm prezidentliyə namizədliyini təsdiqlədilər. Cənab Klinton keçən həftə Floridanın Tampa şəhərində keçirilən Respublikaçılar Partiyasınının milli qurultayında verilən mesajı şərh edərək bunun “alternativ kainata” hesablandığını bildirib.
“Siz Tampadakı qurultayı seyr etdinizmi? Mən baxdım. Prezidentin növbəti dəfə seçilməsinə qarşı olan Respublikaçıların arqumenti olduqca gülünc və acıqlı olub. Bu təxminən belə səslənirdi: Biz ölkəni ona tamamilə bərbad vəziyyətdə təhvil verdik, o isə bunun öhdəsindən tez gələ bilmədi, onu işindən azad edin və bizi yenidən hakimiyyətə gətirin.”
Keçmiş president həmçinin 2009-cu ildə cənab Obamanın hakimiyyətə gəlməsi ilə vəziyyətin daha da gərginləşdiyini deyən Respublikaçıların iddialarına qarşı cənab Obamanın iqtisadi göstəricilərini daha yaxşı müdafiə etməyə səsləyib.
“Prezident Obama hakimiyyətə gəldiyi zaman iqtisadiyyatda büsbütün geriləmə müşahidə olunurdu. Ümumdaxili məhsulun həcmi tam 9 faiz enmişdi. Biz hər ay 750 000 iş yeri itiriridik. İndi vəziyyət daha yaxşıdırmı? Cavab "bəli"dir.”
Bill Klintonun çıxışından sonra cənab Obama səhnəyə daxil oldu və bu iki şəxs səmimiyyətlə əl sıxaraq, bir-birini bağrına basdılar. Bir çox amerikalılar 1990-cı illərdə iki müddətə president seçilən keçmiş prezidentin hakimiyyət dövrünü iqtisadi firavanliq illəri kimi xatırlayayır və Klintona rəğbət bəsləyirlər.
Qurultay cümə axşamı cənab Obama və onunla birlikdə vitse prezidentliyə namizəd olan Co Baydenin nominasiyanı qəbul etmələri ilə bağlı nitqlərin ardınca sona çatacaq. Leysan yağış ehtimallarından ehtiyat edən Demokratlar qurultayın Şarlott şəhərinin 74 000 oturacaqlı futbol stadionunda davamını təxirə salıblar.
Əvəzində perzident və vitse-prezident nitqlərini 20 000 nəfərlik xeyli kiçik arenada söyləyəcəklər.