Demokratlar Obamanın köməyi ilə Trampa qalib gəlmək istəyir

Your browser doesn’t support HTML5

Demokratlar Obamanın köməyi ilə Trampa qalib gəlmək istəyir

Keçmiş prezident Barak Obama Demokrat namizəd, keçmiş vitse-prezident Co Baydeni dəstəkləmək üçün tez-tez səhnədə görünməyə başlayıb.

Obama Bidenlə söhbəti zamanı bildirb ki, "Co, sənin xarakterin və ürəyinə güvənirəm"


Lakin Obama çıxışları zamanı əksər hallarda prezidentlik ənənəsinə sadiq qalaraq xələfi prezident Donald Trampa açıq şəkildə hücum etmir.

2016-cı ildə Ağ Evi tərk etdikdən sonra Obama inandığı məsələləri müdafiə edərək, öz üzərinə dövlət xadimi rolunu götürüb.

Vətəndaş hüquqları müdafiəçisi, Konqresmen Con Luisin son dəfn mərasimində çıxışı zamanı Obama azlıqda olan seçicilərin imkanlarını məhdudlaşdırmaq səylərinə görə respublikaçıları tənqid etsə də, prezident Donald Trampın adını çəkmədən bildirb ki, "Hazırda hakimiyyətdə olanlar seçki məntəqələrini bağlamaqla və məhdudlaşdırıcı şəxsiyyət vəsiqələri qanunu ilə azlıqları və tələbələri hədəfə almaqla insanları səsvermədən çəkindirməyə səy göstərirlər."

Bununla belə, prezident Tramp həm sələfinə, həm də Co Baydenə birbaşa hücum edərək onları korrupsioner və səriştəsiz adlandırmaqla belə bir təmkin nümayiş etdirməyib. Tramp hətta 2016-cı ildə Rusiyanın ABŞ seçkilərinə mümkün müdaxiləsi araşdırılarkən Obamanı onun kampaniyasına qarşı casusluqda günahlandıraraq xəyanətdə ittiham edib.

Prezident həmçinin Obama dövründə imzalanmış İran ilə nüvə sazişi və Paris iqlim dəyişikliyi sazişindən çıxıb, "Obamacare" sağlamlıq yardımı proqramını ləğv etmək üçün çalışıb.


Bu hücumlara baxmayaraq, Obama ölkədə populyar bir fiqur olaraq qalır. 2020-ci il prezident seçkiləri sürətlə yaxınlaşdıqca bəzi Demokratlar keçmiş prezidentin daha çox bu prossesdə iştirak etməsini və birbaşa Trampa qarşı çıxmasını istəyir.


Kommunikasiya üzrə strateq Daniella Gibbs Leger deyir ki, "Bu qəzəbi, bir çox insanın hiss etdiyi bu narahatlığı dərindən araşdırmaq və noyabr ayında həqiqətən nəyin ortaya qoyulduğunu insanların başa düşməsinə kömək olması gərəklidir".

2016-cı ildə Hillari Klintonun namizədliyini elan edildiyi Demokratik Konvensiyasında birinci xanım Mişel Obama Tramp kampaniyası haqqında dediyi məşhur ifadə vardı -"onlar aşağı enəndə biz yüksəklərə çıxırıq".

Lakin Klinton seçkilərdə Trampa uduzmuşdu. Bu il isə analitiklər hər iki tərəfin aqressiv siyasi hücumlara keçəcəyini gözləyir.

Siyasi elmlər üzrə professor Dominic Tierney hesab edir ki, “2020 heç kimin geri addım atmayacağı bir seçkidir. Düşünmürəm ki, zərbələr olacaq. Lakin bu il bir növ seçkilərin küçə mübarizəsidir".

Keçmiş prezident Obama məmnunluqla siyasətdən kənarda qalsa da, tərəfdarları onun qarşıdan gələn Demokratların qurultayında açılış nitqi də daxil olmaqla 2020-ci il kampaniyasında daha böyük rol oynayacağını gözləyirlər.