Demokratlar Müllerin Rusiya təhqiqatını qorumağa söz verir

Arxiv fotosu-Xüsusi prokuror Robert Müller ABŞ Konqresində bağlı qapılar araxasında keçirilən iclasdan çıxır, 21 iyun, 2017.

ABŞ-ın nüfuzlu demokrat qanunvericiləri prezident Trampın 2016-cı il seçki kampaniyasının Rusiya ilə əlaqələrini araşdıran təhqiqatı baş prokuror vəzifəsini icra edən Matyü Uitakerdən müdafiə etməyə söz veriblər. Uitaker Tramp tərəfindən baş prokuror vəzifəsini icra etməyə təyin edilməmişdən əvvəl Müllerin təhqiqatını dəfələrlə tənqid edib.

Senatda demokratların lideri Çak Şumer deyib ki, o, xüsusi prokuror Robert Müllerin təhqiqatının maneəsiz davam etdirilməsi üçün gələn ay hökumətin bağlanmasının qarşısını almaq üçün qəbul edilməsi mütləq olan büdcə qanununa qanun layihəsi əlavə etməyə çalışaq.

Senator Çak Şumer

“Qanun layihəsinin qəbul edilməməsi üçün heç bir səbəb yoxdur”-deyə, senator Şumer CNN tele-kanalına müsahibəsində bildirib. Senatda respublikaçıların lideri Mitç Makkonnell Müllerin müdafiəsi ilə bağlı qanunvericilik aktının əleyhinə çıxış edib. O bildirib ki, ABŞ liderinin Müllerin təhqiqatını çox vaxt “ifritə ovu” adlandırmasına baxmayaraq, onun Mülleri kənarlaşdırmaq istədiyinə inanmaq üçün heç bir əsas yoxdur.

Senator Şumer xüsusi prokuror Müllerin müdafiəsinə dair ölçünün büdcə qanunvericiliyinə əlavə edilməsi ilə bağlı deyib ki, “mən inanıram ki, bizi dəstəkləyən kifayət qədər respublikaçı var”.

Konqresmen Cerrold Nadler

Demokratların yanvar ayında Konqresin Nümayənədlər Palatasında nəzarəti ələ almasından sonra Ədliyyə komitəsinin sədri vəzifəsinə keçəcəyi gözlənilən konqresmen Cerrold Nadler bildirib ki, ilk işlərdən biri Uitakerin təhqiqatla bağlı münasibətini izah etmək üçün dinləməyə çağırılması olacaq.

Konqresmen Nadler Uitkaeri “siyasi lakey” adlandırıb və Trampın “təhqiqatı məhv etmək üçün səriştəsiz mübahisəli bir şəxsi” vəzifəyə təyin etdiyini deyib.

ABŞ prezidenti Donald Trampın müşaviri Keliyan Konvey

Lakin Trampın müşaviri Keliyan Konvey Uitakerin əvvəlki şərhləri ilə bağlı narahatlıqları rədd edib. O deyib ki, Uitakerin Müllerin təhqiqatı ilə bağlı nəsə bildiyinə dair dəlilə malik deyil.

Demokratların Müllerin təhtiqatının müdafiəsi ilə bağlı narahatlıqları keçən həftə Trampın baş prokuror Ceff Seşşinsi vəzifəsindən azad etməsindən sonra artıb. Tramp bir ildən artıqdır Seşşinsi təhqiqata nəzarətdən imtina etdiyinə görə tənqid edirdi.