Demokratiya nə üçün geriləyir?

1967-ci il. Soyuq müharibənin qızğın vaxtları. Dünyada demokratik dövlətlərin sayı cəmi 34-dür.

24 il sonra, 1991-ci ildə Sovet İttifaqı dağılır və bununla 15 yeni dövlət yaranır. Azad ölkələrin sayı getdikcə artır. Artıq dünyada 62 demokratik dövlət var.

Bu trend 2000-ci illərin əvvəlinə qədər davam edir və 2003-cü ildə demokratik dövlətlərin sayı 94-ə çatır.

Lakin bundan sonra nəsə baş verir. 38 il ərzində ilk dəfə olaraq demokratik tərəqqinin müşahidə ediliyi ölkələrlə demokratiyanın gerilədiyi ölkələrin sayı bərabərləşir.

​Bəs demokratiyanın geriləməsinin səbəbləri nədir?

Demokratik göstəriciləri təhlil edən V-Dem təşkilatı bunu iki əsas amillə izah edir. Qanunun aliliyinin zəifləməsi və ifadə azadlığının məhdudlaşdırılması.

QANUNUN ALİLİYİNİN ZƏİFLƏMƏSİ

Qanunun aliliyi olmadan demokratik legitimlik mümkün deyil.
Mark Rutte, Nederlandın baş naziri

“Qanunun aliliyi olmadan demokratik legitimlik mümkün deyil.” Bu fikri Nederlandın baş naziri Mark Rutte Strasburqda Avropa Komissiyasının sessiyası zamanı səsləndirib. Baş nazir bu sözləri Polşa hökumətinin Ali Məhkəməyə nəzarəti artırmaq qərarına reaksiya verərkən deyib.

Lakin Polşa ciddi geriləmənin müşahidə edildiyi yeganə ölkə deyil. Rusiya, Türkiyə, Çin, Macarıstan və hətta Birləşmiş Ştatlarda qanunun aliliyinin zəifləməsi ilə bağlı oxşar mənfi tendensiyə qeydə alınır.

İFADƏ AZADLIĞININ MƏHDUDLAŞDIRILMASI

Kütləvi informasiya vasitələrinə təsir cəhdləri artmaqda davam edir.​ Hökumətlər buna təzyiq, hədə və əməkdaşlığa məcbur etmə ilə nail olmağa çalışırlar. Bu cür tədbirlər isə nəticədə daxili senzuraya və hökumətin açıq tənqidinin azalmasına gətirib çıxarır. Belə hallara nümunə olaraq, Rusiya və Türkiyə hökumətinin müstəqil mətbuata münasibətini göstərmək olar. Məsələn, təkcə 2017-ci ildə Türkiyədə 72 jurnalist həbs olunub.

Bəs siz necə düşünürsünüz, demokratik idealların geriləməsinin səbəbləri nədir?

Your browser doesn’t support HTML5

Demokratiya nə üçün geriləyir?

Qeyd: Bu araşdırmanın müəllifləri Voytek Qroyets və Karlos Koelyodur. Orijinalı burada.