Demokratiya müğənniləri: Tunis inqilabı mahnılardan başladı (VİDEO)

  • Amerikanın səsi

Demokratiya müğənniləri: Tunis inqilabı mahnılardan başladı (VİDEO)

Tunisdə Ərəb Baharına təkan verən blogerlər, Facebook və Twitter istifadəçilərindən öncə musiqiçilər var idi. Onlar öz narazılıqlarını qadağan edilmiş musiqi vasitəsilə çatdırırdılar. Ötən həfətnin tarixi seçkilərindən sonra onlar azad və açıq şəkildə ifaçılıqlarını davam etdirməkdə qətidirlər.

Tunis musiqiçisi Emel Matluti səkkiz il bundan öncə protest musiqisi bəstələməyə başladı. Sabiq diktator Zine el-Abdin Ben Əlinin rejimi dönəmində onlar gizlində musiqi ifa etməyə məcbur olmuşdular.

“Bu musiqini ifa etmək üçün bizim yerimiz yox idi. Bizim gələcəyimiz yox idi. Ona görə də mən Fransaya köçməli oldum,” deyə Matluti bildirir.

Lakin tunislilər küçələrə axışanda Matluti vətənə qayıtdı. Bu videoda Matluti Ben Əli ölkədən qaçdıqdan bir neçə gün sonra Matluti ilk dəfə olaraq küçədə oxuyur.

Başqa tunisli müğənnilər də azad oxumağa başladılar. Badia Buhrizi “Ənti Əssud”, yəni “Səs Sənsən” adlanan mahnı üzərində işlədi. O, deyir ki, ifaçılar başlarından keçən düşüncələri bu mahnıda səsləndirirlər. O, inanır ki, ifadə azadlığı Tunisdə mövcudiyyətini qoruyacaq:

“Fikrimcə heç kəs yarım addım da geri çəkilməyəcək. Qoca adamlar, yəni köhnə siyasətçilər bunu dərk etmirlər. Onlar bu gəncliyin gücünü dərk etmirlər.”

Human Rights Watch-un keçirdiyi sorğuya əsasən Tunisin siyasi partiyalar; ifadə azadlığına hörmət etdiklərini deyirlər. Ben Əlinin hakimiyyəti dönəmində bəzi müxalifət nümayəndələri həbs olunmuşdular.

Human Rights Watch-un təmsilçisi Erik Qoldsteyn deyir ki, müvəqqəti hökumət hətta mətbuat kodeksini də yüngülləşdirib. Amma o, söz azadlığının İslamçı ekstremistlər tərəfindən hücumlara məruz qala biləcəyindən narahatdır.

“Bu, hüquq və asayiş məsələsidir. Onlar insanların küçədə də bu cür davranacağından qorxurlar.”

İslam təmayüllü Ennahdanın dirçəlişi bir vaxtlar dünyəviçi ölkə olan Tunisdə narahatlıqları artırıb. Ennahda radikal islamçıların hücumlarını pisləyib və sözçü Yusra Qannuçi deyir ki, onun partiyası söz azadlığına hörmət edir:

“Media azadlığı və yaradacılıq azadlığı mühümüdür. Eyni zamanda insanlar öz fikirlərini qanun çərçivəsində və dinc qaydada ifadə etməlidirlər.”

Matluti skeptik yanaşı:

“Mən bu adamlara etibar etmirəm. Zənnimcə, poeziya poeziya olmalıdır. Din də din. Bu hər kəsin fərdi işidir.”

Matluti bu növ fikirlərin onu oxumaqdan saxlamayacağını deyir. O, inqilabın ildönümündə Tunisin azadlıq mübarizəsinə dair albom buraxmağa hazırlaşır.