Demokratlar Nil Qorsaça müqavimət göstərməyə davam edir

ABŞ Senatı Prezident Donald Trampın Ali Məhkəməyə nominasiya etdiyi Nil Qorsuçun təsdiqi ilə bağlı səsverməyə hazırlaşdığı bir vaxt, Demokratların Qorsaça qarşı müqaviməti artır.

Cümə günü üç demokrat senator Kler MakKaskil, Riçard Blumental və Brayan Şatz Qorşaçın nominasiyasının əleyinə olduqlarını elan ediblər. Bu, Senatdakı respublikaçılarla qarşıdurmaya səbəb olub.

Demokratlar filibaster adlı prosedura əl atacaqlarını deyiblər. Beləcə nominasiyanın təsdiqi üçün 100 üzvlük Senatın 60 səsini tələb olunacaq.

Senata 52-48 fərq ilə Respublikaçılar nəzarət edir. Amma Demokratlar 41 səs toplaya bilsələr, filibasteri təmin edə bilərlər. Lakin cümə günü sadəcə 36 demokrat filibasteri dəsətəkləyəcəyini bildirib.

Əgər gələn həftə demokratlar təsdiqin qarşısını almaq üçün yetərli dsətək toplaya bilsələr, Respublikaçıların birtərəfli olaraq Senatda uzun illərdən bəri mövcud olan qaydalara dəyişklik edəcəkləri gözlənilir. Bu dəyişikliyə əsasən təsqid üçün sadəcə 51 səsə ehiyac olacaq.

Respublikaçılar Demokratların planından qəzəblidir. Onlar Ali Məhkəmə hakimlərinin təsdiqində filibasterdən istifadənin çox nadir bir hal olduğunu iddia edir.

Bəzi Demokratlar Respublikaçıları Ali Məhkəmədəki hakim yerini onların əlindən almaqda ititham edir. Buna səbəb ötən il Respublikaçıların çoxluq təşkil etdiyi Senatın prezident Barak Obamanın 2016-cı ilin fevral ayında vəfat edən Ali Məhkəmə hakimi Antonin Skaliyanının yerinə nominasiya etdiyi appelyasiya məhkəməsi hakimi Merrik Qarlandın təsdiqi ilə bağlı dinləməni rədd etmələridir.

Senatın azlıq lideri Carlz Şumer

Cümə günü Senatın demokrat lideri Çarlz Şumer Respublikaçıları Senat qaydalarına dəyişiklik etməklə bağlı xəbərdarlıq edib. Bu cür dəyişiklik bundan sonra nominasiya edilən hər bir hakimin azlıq partiyanın müqavimətindən asılı olmayaraq təsdiq olunmasına gətirib çıxaracaq.

Həflətik radio çıxışında prezident Tramp Qorsaçı Konsitusiyaya olan sədaqətinə görə tərifləyib.

“Son illərdə biz hakimlərin qərarları Konstitusiyaya əsasən deyil, öz tərcihləri, şəxsi baxışları və hətta siyasi düşüncələrinə əsasən vermələrinə şahid olmuşuq”, o deyib.

“Lakin hər kəsə aydındır ki, hakim Qorsaç qanuna hörmət edən bir insandır. O, Konstitusiyanı müdafiə edir. Bunu etdiyinə görə də o, bizim azadlıqlarımızı da müdafiə edəcək”, deyə Tramp əlavə edib.

49 yaşlı Qorsaç Kolorado ştatının Denver şəhərində appelyasiya məhkəməsinin hakimi olaraq fəaliyyət göstərir. Əgər təsdiq olunsa, doqquz hakimdən ibarət Ali Məhkəmədə mühafizəkarlar yenidən çoxluq təşkil edəcək.