Dünyadan görüntülər

İtaliya - Tibb bacısı Elena Betti Florensiya şəhərindəki Kareggi xəstəxanasında COVID-19-a qarşı Pfizer-BioNTech peyvəndini alıb.

Almaniya -  Silahlı qüvvələri Bundesvehr vaksinasiya qrupu Berlində qocalar evində COVID-19-a qarşı Pfizer/BioNTech peyvəndlərini tətbiq etməyə hazırlaşır.

Bosniya - Ədyala bürünmüş miqrant Bosniyanın şimal-qərbində, Xorvatiya ilə sərhəd yaxınlığındakı Lipa düşərgəsində qar bağlamış yolla gedir.

Tennessi - Müstəntiqlər Naşvill şəhərində 2-ci avenyuda partlayışın baş verdiyi yerdə təhqiqat aparır.

Rusiya - Üzgüçülük klubunun üzvü Sibirin Novosibirsk şəhərində mənfi 34 Selsi temperaturda buzlu suda üzməyə hazırlaşır.
 

İtaliya - Pompey şəhərində qazıntılar zamanı qədim yeməkxana aşkar edilib. 

İraq - Şaxta baba kimi geyinmiş Bəsrə sakini şəhərin yoxsul məhəllələrində yaşayan uşaqlara oyuncaq paylayır. 

Dünyanın hər yerindən günün ən maraqlı fotoları