Dünya fotolarda

Əfqan zabit Kabil civarında ələ keçirilmiş narkotika və spirtli içkilərin yandırılmasına reaksiya verir.

İnsanlar Kaiser-Wilhelm-Gedaechtniskirche kilsəsi qarşısında xatirə şamı yandırırlar.Ötən gün Berlinin bu hissəsində yük maşını Milad bazarına hücum edib.

Türkiyə fəxri qarovulu Rusiya səfirinin cənazəsini yola salır. Esenboğa Aeroportu, Ankara.

Donald Tramp əleyhdarları  elektoral kollecin səsverdiyi Pennsilvaniya Kapitoli Binası qarşsında etiraz aksiyası keirilir. Harrisburg, Pennsilvaniya, ABŞ. 19 dekabr, 2016. Bazar ertəsi Donald Trampın ABŞ prezidenti seçilməsi rəsmən təsdiqləndi.

İŞİD-ə qarşı döyüşən yerli xristian dəstələri dörd əsiri aparırlar. Mosul, Iraq.

Konqolu nümayişçilər prezident Cozef Kabilaya etiraz edir. Pretoriya, Cənubi Afrika.

Polis İslam mərkəzinə hücumdan sonra cəsədin üstünü örtür. Zurich, İsveçrə, 19 dekabr, 2016.

10 neqativdən düzəldilmiş bu kompozit şəkil saniyədə 8 kilometr sürətlə Günəşin qarşısı ilə keçən Beynəlxalq Fəza Stansiyasını sənədləşdirir. 17 dekabr, 2016.

Kəşmirli balıqçılar Ançar Gölündə. Srinagar, Hindistan.

Rustaveli küçəsində Milad və Yeni İl dekorasiyaları. Tbilisi, Gürcüstan, 19 dekabr, 2016.

Amerikalı sörfer Nic Lamb dalğaların qoynunda. Nazare Challenge, Portuqaliya.