Dünyadan görüntülər

Avstraliyada yanğınsöndürən Sidneyin 150 kilometr cənub qərbində yanğına qarşı mübarizə aparır.

Əfqanıstanda küçə satıcısı.

Banqladeşli kişi rikşa sürür. 

Çexiyalı rəssam Martin Çerni Praqa Dövlət Operasında təmirdən sonra asılan yeni pərdənin önündə dayanıb. 

Puerto Rikoda xoruz döyüşünə hazırlıq.

Fələstinli qadın Qəzzadakı evində.

Londonda etirazçı Wikileaks-in təsisçisi Culian Assanjın maskasını taxıb.

Şotlandiya parlamentinin üzvü Emma Harper it qaçaqmalçılığına diqqət çəkir. 

Fransada yanğınsöndürən maşınının üstündə "tətildə" yazılıb. 

Britaniya kraliçası Elizabet və Şahzadə Çarlz Londonda Parlamentin açılışı münasibətilə Vestminster Sarayına gəlib.