Dünyanın hər yerindən günün ən maraqlı fotoları

Roma Papası Fransis Vatikanda 81 yaşını qeyd edir.

 

ABŞ və Yaponiya astronavtları və Rusiyanın bir kosmonavtı bazar günü Qazaxıstandakı Baykonur fəza limanından Beynəlxalq Fəza Stansiyasına altı aylıq missiyaya göndərilib.

 

Pakistanın Kvetta şəhərində kilsədə intiharçı hücumundan sonra uşaqlar hadisə yerindən aparılır.. 
 

Gürcüstanın keçmiş prezidenti, Ukraynada müxalif siyasi fiqur olan Mixail Saakaşvilinin tərəfdarları Kiyevdə Beynəlxalq İncəsnət Mərkəzinin binasına daxil olmağa çalışır. 
 

Buxarestdə Rumıniyanın dünyasını dəyişmiş kralı Mixaelin tabutu kafedrala gətirilir. 

 

Kvettada Pakistanda azlıqda olan xristianların kilsəsində intiharçı hücumundan sonra insanlar hadisə yerindən aparılır. 

 

Tbilisidə kilsədə şam yandırılır. 
 

Çinin Liaoninq vilayətində Dalianda qarlı havada motosiklet yürüşü

 

Kaliforniyada Monteçitoda meşə yanğınları davam edir. 
 

Pekində Çinin Ticarət Mərkəzi yaxınlığında Milad dekorasiyaları