Dünya fotolarda

Bosniyalı müsəlman qadın Hələbdə baş verən qətliama etiraz etmək üçün minlərlə nümayişçiyə qoşulub. Sarayevo, Bosniya.

Hələbin Əl-Sukari məhəlləsində yaralanmış suriyalı qadın hökumət qüvvələrindən qaçan qüvvələrin maşınına oturdulur.

Xidmət dönəmi başa çatmış BMT Baş Katibi Ban Ki-mun və xanımı Yu Sun-taek onun BMT baş qərargahında rəsmi portretinin açılışında. Nyu York şəhəri, ABŞ.

Əfqan uşaqlar Nanqarhar vilayətinin paytaxtı Cəlalabad şəhərinin civarında oynayır. 13 dekabr, 2016.

Almaniyanın cənubundakı kiçik Bavariya kəndi Spitzingseedə gölün üzərindəki körpüdə gəzinti.

Mərkəzi Londonda St. Paul Kafedralının arxasından üfüqdə superay qalxır.

Ultra-ortodoksal yəhudi qızlar çimərlikdə şəkil çəkdirir.  Aşdod, İsrail. 13 dekabr, 2016.

Bir kişi etirazçıların yandırdıqları avtobusun alovu ilə siqaretini alışdırır. Braziliya Milli Konqresinin qarşısı. Brasilia, Braziliya.  13 dekabr, 2016.

Ekspedisiya 50-nin komandiri Shane Kimbrough Yaponiya Aerofəza Agentlyinin transfer qurğusunun Beynəlxalq Fəza Stansiyasına yaxınlaşmasını göstərən fotonu paylaşır. NASA. 12 dekabr, 2016

Minskdən 50 km. şimalda ceyran qarla örtülmüş çöldə qaçır. Karpaviçi kəndi, Belarus.