Debbi qasırğası Meksika körfəzində şiddətli yağışlara səbəb olub

Debbi tropik tufanı Florida ştatının bəzi hissələrinə davamlı yağış gətirib, alçaq bölgələrdə daşqın və tornado qorxusunun artmasına səbəb olub.

Debbinin bazar ertəsi zəifləməsinə baxmayaraq, Florida körfəzi davamlı yağışlara məruz qalır.

Fırtına bir nəfərin ölümünə səbəb olub, ştat boyu tornado təhlükələrini artırıb. Sinoptiklər çox sayda tornadoların olacağı barədə xəbərdarlıq edirlər.

Qonşu Alabama ştatında xilas dəstəsi dənizdə üzərkən yoxa çıxmış adamın axtarışını davam etdirir.