Ukrayna prezidenti ölkənin şərqindəki əsas şəhərin Rusiya tərəfdarı üsyançılar tərəfindən geri alınmasını beynəlxalq vasitəçilərin yardımı ilə əldə edilən atəşkəs razılığının pozulması kimi qiymətləndirib. Petro Poroşenko bu kimi zorakılıqların bir daha baş verməyəcəyinə dair zəmanət istəyib. Prezident Poroşenko bunu bu gün Rusiya, Almaniya və Fransa liderləri ilə telefon söhbəti zamanı deyib.
Ukrayna prezidenti deyib ki, Debaltsevo hadisələrinin atəşkəs razılığının şərtlərinə uyğun olduğu iddia edilməməlidir.
Kiyev Luqansk və Donetsklə birləşdirən strateji dəmir yol qovşağının yerləşdiyi Debaltsevodan çərşənbə günü minlərlə əsgərini geri çəkib.
Ukraynanın dövlət başçısı separatçıları şəhərdən geri çəkilən zaman götürdükləri yüzlərlə Ukrayna əsgərini azad etməyə çağırıb.
Poroşenko müharibə gedən bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb. Lakin həm Moskva, həm də üsyançılar bu tələbi rədd edib.