Pakistanda bir məsciddə baş verən böyük partlayış nəticəsində ölənlərin sayı şənbə günə 59 nəfərə çatıb. Hökumət cinayətkarları tapacağına söz verib və Hindistanın kəşfiyyat agentliyini bu işdə əli olmaqda ittiham edib.
Cümə günü partlayış ölkənin cənubundakı Bəlucistan vilayətində Mastunq şəhərində bir məsciddə baş verib. Belə ki, intiharçı bombasını insanların Məhəmməd Peyğəmbərin doğum gününü qeyd etmək münasibətilə bir araya gəldiyi yerdə polis maşının yanında partladıb.
Pakistan rəsmiləri uzun zamandır Hindistanın Pakistanda zorakı qruları maliyyələşdirdiyini iddia edir, Hindistan isə bu iddiaları rədd edir.
“Mülki, hərbi və bütün başqa institutlar Mastunq intharçı bomba hücumunda əli olan bütün ünsürlərə qarşı birgə hücuma keçəcək,” daxili işlər naziri Sərfəraz Buqti Bəlucistanın paytaxtı Kvettada mətbuata bildirib.
“RAW-ın intiharçı bomba hücumunda əli var,” o, Hindistanın kəşfiyyat idarəsi olan Tədqiqat və Təhlil Qoluna (RAW)istinadən bildirib.
O, nə təfərrüatları açıqlayıb, nə də sübut irəli sürüb.
Hindistan xarici işlər nazirliyi və hökumətin sözçüsü şərh istəyinə dərhal cavab verməyib.
Bəlucistan səhiyyə departamentinin sözçüsü Vasim Baiq deyib ki, cümə günündən bəri xəstəxanada daha yeddi nəfər həyatını itirib. O əlavə edib ki, daha bir neçə nəfər kritik vəziyyətdədir.
Cümə günü şimalda yerləşən Hayber-Paxtunxvada bir məscidə başqa bir hücum nəticəsində azı beş nəfər ölüb. Polis şənbə günü istintaq başlatmaq üçün hesabat hazırlayıb və bildirib ki, onlar intiharçının DNT-sini analizə göndərib.
Heç bir hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Pakistanın qərb bilayətlərində militantların hücumlarının artması seçkilərə hazırlıqlara kölgə salıb. Ancaq indiyək hücumlarda təhlükəsizlik qüvvələri hədəf alınıb.
Pakistanda 2007-ci ildən bəri ən qanlı hücumların bəzilərinə görə məsuliyyət daşıyan Pakistan Taliban qrupu cümə günü baş verən partlayışlarda məsuliyyəti olduğunu inkar edib.