Dünya fotolarda - 14 iyun, 2016

Avqustun Başı Romada Xarici İşlər nazirliyindəki mərasimdə sərgilənir.  Gənc Roma imperatoru Oktavian Avqustun şərəfinə mərmərdən düzəldilmiş heykəlin 2,000 ildən çox yaşı var. 

Məktəblilər Kasili İbtidai Məktəbinin açılış sinfinə gedərkən. Montalban, Rizal, Filippin

Müsəlman qızlar yoqa dərsində. Əhmədabad, Hindistan

Aktyor Alexander Skarsgard, Sidney Zooparkında pitonla şəkil çəkdirir.  Skarsgard "Tarzanın əfsanəsi" filmində Tarza rolunu ifa edir.  Film iyulun 7-də Avstraliyada sinema ekranlarına çıxacaq.

Amerikalı Justin Thomas Oakmont Country Klubunda "U.S. Open" qolf turnirinin açılışında ilk topu vurur. Oakmont, Pennsylvania.

Müsafir İsveçrə memarlıq firması Herzog & de Meuron təşkil etdiyi Art Basel sərgisində damın altından keçir.

Oscar Pistorius, məhkum olunduqdan sonra polis zabitlərinin müşayiəti ilə məhkəmə zalını tərk edir. Pretoria, Cənubi Afrika.  Apelyasiya Məhkəməsi Pistoriusu sevgilisi Reeve Steenkampın qətlində günahkar bilib.

Maska taxmış gənclər Fransa əmək qanunlarındakı islahatlara etiraz edir. Paris.

Hind satıcı iftarı açan müsəlmanlar üçün "halim" bişirir. Əhmədabad, Hindistan.

Çinin Luijou şəhərində daşqın avtomobilləri çevirib.