Rusiya rəsmilərinin bildirdiyinə görə, qaynar Dağıstanda yüksək rütbəli hökumət işçisi qətlə yetirilib. Dövlətə məxsus RİA xəbər agentliyinin Daxili İşlər nazirliyinin rəsmisinə istinadən bildirdiyinə görə, Dağıstan Respublikası liderinin mətbuat katibi Qarun Qurbanov və onun sürücüsü bu gün səhər tezdən maşında naməlum silahlılar tərəfindən qətlə yetirilib.