Dağıstanda polislə atışma nəticəsində iki militant həlak olub

Dağıstanda polislə atışma nəticəsində iki militant həlak olub

Militantlardan biri hadisə yerindən qaçmağa cəhd edərkən öldürülüb

Rusiya rəsmiləri Dağıstanda polislə atışma nəticəsində iki militantın həlak olduğunu deyirlər. Polisin sözlərinə görə döyüşdə iki zabit yaralanıb. Rusiya mətbuatı bildirir ki, insident baş verərkən polis bir neçə gün əvvəl atışma zamanı polis zabitinə qarşı edilən hücumu araşdırırdı. Militantlardan biri hadisə yerindən qaçmağa cəhd edərkən öldürülüb. İkincisi isə polislə atışma zamanı vurulub. Polis zabitinə qarşı hücuma dair araşdırmalar davam edir.