Rusiyanın Dağıstan respublikasında hərbi bazaya kamekadze hücumu olub. Partlayıcılarla dolu maşın əsgərlərin yatdığı yerə çatmadan dayandırılıb.
Rusiyanın Dağıstan respublikasında hərbi bazaya kamekadze hücumu olub. Partlayıcılarla dolu maşın əsgərlərin yatdığı yerə çatmadan dayandırılıb. Rusiyanın Müdafiə Nazirliyinin sözçüsü, hücum nəticəsində 3 əsgərin həlak olduğunu, 30-un isə yaralandığını bildirib. Yaralıların bəzilərinin ağır vəziyyətdə olduğu deyilir. Rəsmilər maşının əsgərlərin çadırları olan yerə istiqamət aldğını, lakin qarşısı alınarkən hərbi yük maşınına dəydiyini bildirir.