Müxalifət fəalının məhkəməsi başlanır

Daşqın Məlikov

O, qanunsuz narkotik saxlamaqda ittiham olunur. Daşqın Məlikov AXCP fəalıdır və ittihamı sifariş hesab edir
Sumqayıt şəhər məhkəməsində Aqil Abbasovun sədrliyi ilə bu gün qanunsuz narkotik saxlamaqda ittiham olunan AXCP gənc fəalı Daşqın Məlikovun işi üzrə hazırlıq iclası keçirilib.

Onun vəkili Əsabəli Mustafayev 3 vəsatətlə çıxış edib. Xüsusən, o, Məlikova qarşı cinayət təqibinə son qoymağı xahiş edib.

Bu vəsatət təmin edilmədiyi halda vəkil iki digər vəsatətə baxmağı təklif edib – həbsi alternativ qətimkan tədbiri – ev dustaqlığı, girova buraxma və s. ilə əvəz etmək, Məlikovun azadlıq və şəxsi toxunulmazlıq azadlığı hüququnun pozulduğunu tanımaq.

Vəkil öz vəsatətlərini ikinci qrup əlil olan və bronxial astmadan əziyyət çəkən gəncin vəziyyəti ilə əsaslandırıb.

Prokuror müdafiə tərəfinin vəsatətlərinə münasibət bildirməyə hazır deyildi və proses təxirə salınıb.

Məlikovun silahdaşları iddia edirlər ki, onun həbsinin əsl səbəbi aktiv siyasi fəaliyyətidir. Bu müxalifətçi bu yayda gənclərin siyasi aksiyalarının fəal iştirakçısı olub.

Martın 25-də Məlikov həbs edilib.