Corciya ştatının Nümayəndələr Palatasının qəbul etdiyi qətnamə ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xarici siyasətinə təsir etməyəcək.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Corciya ştatının Nümayəndələr Palatasının qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması barədə qətnaməsi ilə bağlı məlumatında deyilir.
"ABŞ qondarma Dağlıq Qarabağ Respublikasını tanımır. ABŞ-ın xarici siyasəti federal hökumət tərəfindən müəyyən edilir. Corciya ştatının Nümayəndələr Palatasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamə ştatın qanunverici orqanının fikridir və ABŞ-ın bu məsələ ilə bağlı xarici siyasətini dəyişməyəcək", ABŞ səfirliyinin mətbuat xidməti qeyd edib.
Xatırladaq kİ, Ermənistan KİV-lərində Corciya ştatının Nümayəndələr Palatasının qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması barədə qətnamə qəbul etməsi barədə məlumatlar yayılıb.