Azərbaycan və Ermənistan xarici işlər nazirləri Krakovda görüşəcək

Elmar Məmmədyarov və Eduard Nalbandyan

Görüş mayın 17-də baş tutacaq
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 17-də Polşanın Krakov şəhərinə səfər edəcək, orada AŞ Şərq Tərəfdaşığı və “Vışeqrad qrupu” dövlətlərinin xarici siyasət idarələri rəhbərlərinin görüşündə iştirak edəcək.

Səfər zamanı Məmmədyarovun ikitərəfli görüşləri planlaşdırılır. Xüsusən, Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan XİN rəhbəri Nalbandyanla görüşü gözlənilir.

Ermənistan XİN belə bir görüşün keçiriləcəyini təsdiq edib.