Robert Sekuta: ABŞ nizamlanma prosesinə daim sadiq olub [Video]

Robert Sekuta

ABŞ səfiri ABŞ-Azərbaycan əlaqələrindən, "Sülh Korpusu"ndan danışıb

"Xocalı XX əsrdə baş vermiş ən dəhşətli hadisələrdən biridir". Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta fevralın 23-də Zəngilan rayonundan olan məcburi köçkünlərin Bakı şəhərinin Binəqədi rayonundakı 4 saylı məktəində “Bilik Qüvvətdir” adlı məktəbdənkənar ingilis dili tədrisi proqramının başlanması ilə bağlı keçirilən tədbir zamanı bildirib.

Səfirin fikrincə, tarixi öyrənmək vacib olduğu kimi, bu cür hadisələrin bir daha təkrarlanmaması üçün çalışmaqla yanaşı, parlaq gələcək üçün birgə işləmək lazımdır.

"ABŞ Minsk Qrupunun həmsədrlərindən biri olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını daim diqqətdə saxlayır. Biz tərəfləri bir araya gətirərək, həlli uzanmış bu məsələnin tez bir zamanda həlinə çalışırıq".

Your browser doesn’t support HTML5

Robert Sekuta : ABŞ Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını daim diqqətdə saxlayır

Amerikanın Səsinin Minsk qrupunun amerikalı həmsdərinin fəaliyyətinin daha da canladırılması ilə bağlı sualının cavabında səfir Sekuta deyib ki, ABŞ daim məsələnin həlli ilə bağlı irəliləyişə imkan verən yol tapılmasına çalışır.

“Bir müddət əvvəl həmsədrlər, o cümlədən Minsk qrupunun amerikalı həmsədri regiona səfər etdi və Azərbaycanda rəsmi şəxslərlə, həmçinin Masazırda yaşayan məcburi köçkünlərlə görüşlər keçirdi. Sonradan o, münaqişənin digər tərəfində görüşlərini davam etdirdi. Bütün bu görüşlərin əsas məqsədi ondan ibarətdir ki, irəliyə doğru bir yol taspılsın. Mən həmişə qeyd eləmişəm. Fürsətdən istifadə edib bir daha təkrar etmək istəyirəm ki, ABŞ nizamlanma prosesinə daim sadiq olmuşdur. Biz bu gün də hökumətin bütün səviyyələrində təmaslarımızı və görürşlərimizi davam etdirirk ki, münaqişə tərəflərini bir araya gətirərək həlli uzanmış bu münaqişənin dinc yolla həllinə nail olaq”, o qeyd edib.

Amerikanın Azərbaycanda təhsil sahəsi ilə yanaşı daha hansı sahələrə maraq göstərməsi barədə sualın cavabında səfir bildirib ki, ABŞ-ın Azərbaycanla bağlı siyasəti güclü, çiçəklənən, müstəqil dövlət olmaqda bu ölkəyə kömək etməkdir. ABŞ-ın Azərbaycanda ümumi fəaliyyəti iqtisadiyyat, təhlükəsizlik, qanunun aliliyi, insan haqları və demokratiya sahələrini əhatə edir.

“Bizim Azərbaycanla fəaliyyətimiz çoxşaxəlidir. Bunların arasında təhsil sahəsi, təhsil sahəsində ingilis dilinin öyrənilməsinə dəstək, ABŞ-dan Azərbaycana təhsil mütəxəssislərinin gətirilməsi, Azərbaycandan ABŞ-a təhsil mütəxəssislərinin göndərilməsi və iqtisadi sahədə əməkdaşlığımız davam edir. Ötən ilin oktyabrında bizim ikitərəfli əlaqələrimizin tarixində ən böyük ABŞ ticarət missiyası Azərbaycana gəlib. Cənub Qaz Dəhlizinin həyata keçirilməsinə ABŞ hökuməti yaxından dəstək göstərir. Təhlükəsizlik sahəsində biz çoxlarının ağlına gəlməyən səviyyədə yaxşı əməkdaşlıq edirik. Burada söhbət Azərbaycanın bizim Əfqanıstandakı fəaliyyətimizə köməyini davam etdirməsindən gedir.Şimal Paylaşdıma Şəbəkəsi vasitəsi ilə NATO və digər qüvələrin həm Əfqanıstana, həm də Əfqanısytandan geriyə Azərbaycan hava məkanı üzərindən uçuşları həyata keçirməsi və digər fəaliyyətlərə kömək etməsi daxildir. Yeni İpək Yolu çərçivəsində Bakı-Tbilsi-Qars dəmir yolu istifadəyə verilib. ABŞ buna çox böyük maraq göstərir. Hesab edirik ki, Azərbaycan öz əlverişli coğrafi mövqeyindən faydalanmalıdır. Qlobal iqtisadiyyatda daim vəziyyət dəyişir və bu vəziyətdə artan tələblərə cavab vermək üçün ingilis dilinin beynəlxalq ünsiyyət vasitəsi kimi tədrisində köməklik etməklə bu işə töhfəmizi vermək istəyirik”.

Səfir Sekuta Amerikanın Səsinin “Sülh Korpusu”nun Azərbaycana yenidən dönməsinin mümkünlüyü ilə bağlı sualının cavabında deyib ki, “Sülh Korpusu”nun bərpası çox yaxşı bir iş olardı.

Your browser doesn’t support HTML5

Robert Sekuta: Sülh Korpusu”nun bərpası çox yaxşı bir iş olardı

“Mən Azərbaycanın bir çox yerlərinə gedərkən müxtəlifr insanlar, çoxsaylı sadə insanlar məhz “Sülh Korpusu” könüllüləri sayəsində İngilis diliniöyrəndiklərini və yaxud İngilis dili tədris edən müəllimlərin “Sülh Korpusu” könüllüləri sayəsində İngilsi dili vərdişi və bacarıqlarını təkmilləşdirmələrini hər fürsətdə ağız dolusu ilədanışırlar. “Sülh Korpusu”nun ən önəmli cəhətlərindən biri odur ki, iki xalq arasında insani körpülər, sadə vətəndaşlar arasında əlaqələr yaradırdı. “Sülh Korpusu” könüllüləri ilə Vaşinqtonda söhbətlərimdə onlar Azərbaycanda müxtəlif mərasimlərdə, toy mərasimlərində iştiraklarından sevinclə, ağız dolusu danışır. “Sülh Korpusu”nun könüllülərinə Azərbaycan deyəndə, yənə də onların gözləri sevinir, yenə də həvəsə gəlirlər. Azərbaycanda vaxtı ilə çalışan “Sülh Korpusu” könüllüləri bu gün Azərbaycanın Amerikadakı təmsilçiləri və nümayəndələridir”, səfir qeyd edib.