Azərbaycanın Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun təsis etdiyi və ABŞ-da qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərən Azərbaycan Amerika Alyansı (AAA) ABŞ-ın sabiq konqresmeni Den Börtonu qurumun idarə heyətinin sədri vəzifəsinə təyin edib.
www.AmerikaninSesi.org-un Alyansın veb səhifəsinə istinadən verdiyi xəbərə görə, təsisçi Anar Məmmədov yeni təyinat barədə deyib ki, AAA-ə rəhbərlik xarici əlaqələr üzrə tanınmış siyasətçinin marağını cəlb etməsinə çox sevinirik. “Cənab Börton yalnız ABŞ xarici siyasətində böyük təcrübəyə malik deyil, o, həm də bir çox dünya lideri ilə dostdur. Cənab Börtonun əlaqələri və təcrübəsi onu Azərbaycan Amerika Alyansının əla lideri edir”- deyə Anar Məmmədov bildirib.
Yeni təyanata münasibət bildirən cənab Börton da AAA-in rəhbəri vəzifəsinə təyin olunmasından qurur duyduğunu bildirib. “Mən həmçinin alyansın təsisçisi cənab Anar Məmmədova mənə göstərdiyi etimada görə minnətdaram. Ölkələrimiz arasında dostluq çox önəmlidir və mən bu əlaqələrin daha da güclü olması istiqamətində çalışacağam” – deyə konqresmen Den Börton bildirib.
Cənab Börton uzun illər ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində fəaliyyət göstərib. Konqresdə fəaliyyəti müddətində o, ABŞ xarici siyasətinin formalaşmasında böyük rol oynayıb.
Den Börton 2005-ci ildə Nümayəndələr Palatasındakı çıxışı ilə o, Xocalı qətliamının qurbanlarını xatirəsini anan ilk Konqres üzvlərindən biri olub.
İki ilə yaxındır fəaliyyət göstərən AAA keçən il Xocalı qətliamı ilə bağlı Vaşinqtondakı metro və avtobuslarda sülh mesajı yayan plakatlar kampaniyası ilə gündəmə gəlmişdi.
Bir neçə ay əvvəl isə təşkilat Vaşinqtonda "Bakılı dostlarla gecə" adlı təmtəraqlı tədbir keçirmişdi. Tədbirə ABŞ Nümayəndələr Palatasının spiker Con Beyner də qatılmışdı.

Cənab Börton yalnız ABŞ xarici siyasətində böyük təcrübəyə malik deyil, o, həm də bir çox dünya lideri ilə dostdur. Cənab Börtonun əlaqələri və təcrübəsi onu Azərbaycan Amerika Alyansının əla lideri edirAnar Məmmədov, AAA