Dallasda 5 polis zabitini qətlə yetirən şəxs kim olub?

ABŞ müdafiə rəsmiləri deyir ki, Texas ştatının Dallas şəhərində polis zabitlərini qətlə yetirdiyi iddia olunan şübhəli Əfqanıstanda hərbi xidmət çəkmiş ABŞ Ehtiyat Zabitlər veteranıdır.

Hüquq-mühafizə rəsmiləri 25 yaşlı Mayka Havier Consonun hücumu həyata keçirən yeganə şəxs olduğunu bildirib.

Polis tərəfindən iki afro-amerikalının öldürülməsinə qarşı 5 polis zabiti öldürülüb və 7 polis zabiti isə yaralanıb. Yarananlar arasında 2 mülki vətəndaş da var.

Rəsmilər olayın siyasi qruplara heç bir bağlılığını tapmasa da, media məlumatları Consonun sosial şəbəkələrdə dəfələrlə qaradərililərin millətçi təəşkilatlarına, xüsusilə də Yeni Qara Pantera Partiyasına simpatiya ifadə etdiyini ortaya qoyur.

Afro-Amerikalı Conson orduya 2009-cu ildə məktəbi bitirəndən sonra qoşulub. O, Olay zamanı polislə qarşıdurma nəticəsində öldürülüb.

Polis deyir ki, onun evində axtarış zamanı bomba hazırlamaq üçün materiallar və xeyli silah aşkar edilib.

Millətçi qruplar

Rəsmilər olayın siyasi qruplara heç bir bağlılığını tapmasa da, media məlumatları Consonun sosial şəbəkələrdə dəfələrlə qaradərililərin millətçi təəşkilatlarına, xüsusilə də Yeni Qara Pantera Partiyasına simpatiya ifadə etdiyini ortaya qoyur.

Partiyanın rəhbəri Kristal Məhəmməd Amerikanın Səsinə bildirib ki, o, Consonu tanımayıb və Dallas hücumundan əvvəl onun haqqında heç zaman eşitməyib.

"Mən onların bu məlumatları haradan əldə etdiyini bildirəm. İnsanlar çox söz deyə bilər, ancaq bu, onların həqiqəti əks etdirdiyi anlamına gəlmir" - deyə Məhəmməd bildirib.

Yeni Qara Pantera Partiyası qaradərililərin Dallas şəhərində təsis edilən siyasi təşkilatıdır. Onun adı qeyri-rəsmi də olsa, 1970-ci illərdə polislə vaxtaşırı qarşıdurmalara gedən Qara Pantera Partiyası qaradərili millətçi qrupun adından götürülüb.