Dallas hücumu ilə bağlı üç şübhəli həbs edilib [Video]

Your browser doesn’t support HTML5

Dallas hücumu ilə bağlı üç şübhəli həbs edilib

Dallas polis idarəsinin rəisinin bildirdiyinə görə cümə axşamı Minnesota və Luizina ştatlarında iki qaradərilinin polis tərəfindən öldürülməsinə etiraz olaraq keçirilən dinc nümayişdə yaranan xaosdan sonra üç şübhəli həbs edilib, digər bir şübəli isə öldürülüb. Yaranan hərc-mərclik əsnasında snayperlə vurulan 11 polis zabitindən beşi ölüb.

Mən bütün amerikalıları bu polis zabitləri və onların ailələri üçün dua etməyə çağırıram. Ölkə olaraq biz polislərə təkcə bu gün deyil, hər zaman dərin minnətdarlığımızı bildirməliyik.
Barak Obama

Polis şəhərin mərkəzində yerləşən avto-dayanacaqda onlarla atışmaya girən dördüncü silahlı şəxslə danışıqlar aparmağa cəhd göstərib. Sonradan polis həmin şəxsin robotla detonasiya edilmiş bomba partlayışı nəticəsində öldürüldüyünü xəbər verib.

Polis idarəsinin rəisi Deyvid Braun saxlanılan şübhəlilərdən birinin qadın olduğunu deyib. Onun bildirdiyinə görə, dindirilən digər iki şübhəli kamuflyaj çantaları ilə görünüb və bu səbəbdən də polis onların maşınlarını təqib etməyə başlayıb.

Braun şübhəlilərin polis zabitlərinə qarşı hücumu nə səbəblə həyata keçirikləri barədə məlumat vermədiklərini deyib.

Cümə günü müxbirlər önündə çıxış edən Dallas meri Mayk Roulinqs bu hadisəni “ürəkağrıdan” adlandırıb.

“Polis zabitlərimizin hər gün öz həyatlarını riskə atdığını demək mübaliğə deyil, reallıqdır,” deyə o bildirib.

Rəsmilər hücumu həyata keçirənlərin niyyətlərinin böyük itkilərə səbəb olmaq olduğunu və şəhərdə bomba təmizləmə dəstəsi tərəfindən şübhəli paketin aşkar edildiyini deyir.

Dallas hücumunda şübhəli bilinən Mikah Conson

Öldürülən polis zabitlərinin cəsədləri tibbi ekspertizaya gətirildiyi zaman həmkarları onlara salam verib.

Varşavada NATO sammitində iştirak edən ABŞ prezidenti Barak Obama hücumu qınayıb və deyib ki, bu hücum polislərin üzləşdiyi təhlükələrin “mənfur xatırlatmasıdır.”

“Mən bütün amerikalıları bu polis zabitləri və onların ailələri üçün dua etməyə çağırıram. Ölkə olaraq biz polislərə təkcə bu gün deyil, hər zaman dərin minnətdarlığımızı bildirməliyik,” deyə cənab Obama bildirib.

Polisin bildirdiyinə görə, iki snayper bu həftənin əvvəli Minnesota və Luizianada polisin qaradərili şəxsləri öldürməsinə etiraz məqsədilə keçirilən nümayişdə polisə atəş açıb.