Dalay Lama Çində siyasi islahatlara çağırdı

Dalay Lama deyib ki, böyük ehtimmalla Çinin yeni lideri hazırkı liderin iqtisadi sahədə apardığı islahatlar kimi siyasi islahatlar apararaq iz qoyacaq.

Bazar ertəsi Yaponiyaya dini səfər zamanı müxbirlərə müsahibə verən Tibetin mühacirətdəki ruhani lideri Çinin artıq iqtisadi islahatlar apardığını deyib. O, tezliklə təyin olunacaq yeni prezident Şi Cimpinqin sadəcə ölkənin siyasi sahəsində islahatlar aparmalı olacağını deyib.

Şi hazırda vitse-prezidentdir. Cümə axşamı onun Pekində partiya qurultayının açılışında Kommunist Partiyasının baş katibi, hazırkı prezident Hu Tsintaodan hakimiyyəti təhvil alacağı gözlənilir. Mart ayında prezident olacaq Cinpinq Çində yeni nəslin hakimiyyətə gəlşini müşayiət etmiş olacaq..

Dalay Lama iqtisadi islahatların Çin üçün faydalı olduğunu etiraf edib, lakin o, hökümətin güc tətbiq etmə siyasətinin öz “harmonik cəmiyyət” yaratmaq məqsədi ilə uyğun gəlmədiyini deyib.