Rəsmi Bakının İranda yaşayan insanların hüquqlarını müdafiə etmədiyi tənqid edilib
Dünya Azərbaycanlıları Konqresi (DAK) “Güney-Quzey Azərbaycan əlaqələri və perspektivlər” mövzusunda dinləmələr keçirib.
Turan agentliyinin məlumatına görə, DAK həmsədri Azərbaycanda Güney Azərbaycanla (İran Azərbaycanı) bağlı araşdırmalar, Güney Azərbaycanın milli, mədəni, sosial, insani haqlarla bağlı problemlərini ortaya qoyan kitabların yazılmamasına toxunub.
“Azərbaycanda təhsil alan güneyli gənclərin çoxsaylı problemləri var. Rəsmi Bakı güneyli tələbələrin problemlərini həll etməkdə maraqlı deyil. Bəzən onlara yardım etməmək üçün hansısa tələbənin “İrana işləməsi” kimi mülahizələr irəli sürürlər”, deyə dinləmələrdə qeyd edilib.
Güney Azərbaycanın (İran) Azərbaycan Respublikası ilə əlaqə saxlamasında əlifba, dünyagörüşü kimi problemlər olduğu xatırladılıb. Ən başlıcası, bu problemləri aradan qaldırmağa millətin daxilində müqavimət olmadığı yada salınıb. Güney Azərbaycan türklərinin milli, təhsil, insan haqları və s. kimi köklü problemlər yaşadığı nəzərə çatdırılıb.
Çıxışlarda rəsmi Bakının Güney Azərbaycanda yaşayan insanların hüquqlarını müdafiə etmədiyi, bunun İranla münasibətləri pozacağından ehtiyatlandığı tənqid edilib. Avropa dövlətlərinin İranda insan haqlarının pozulması haqda BMT-nin qətnaməsinə səs verdiyi halda, rəsmi Bakı İranda insan haqlarının pozulmadığını iddia edib.
İranda yaşayan azərbaycanlılarla əlaqələr “bazar səviyyəsindəki əlaqələr” kimi dəyərləndirilib. Güney Azərbaycan türklərinin mədəniyyət, incəsənət, ictimai xadimlərinin Azərbaycanda bir görüşünün belə keçirilməməsinə narazılıq ifadə olunub.
Avropa dövlətlərinin parlamentlərində “Güney (İran Azərbaycanı) məsələsi” gündəmə gətirildiyi halda, Azərbaycan parlamentinin bu məsələni bir dəfə belə gündəmə gətirməməsinə toxunulub. Bu məsələnin həlli üçün ölkənin vətəndaş cəmiyyəti institutlarının aktiv fəaliyyətə keçməsinə zərurət yarandığı vurğulanıb.
Güney Azərbaycandan, Türkiyədən olan natiqlər rəsmi Tehranın Güney Azərbaycanın kürdləşdirilməsi siyasətinə rəvac verdiyini deyiblər. İnsanların zor gücünə torpaq paylarını kürdlərə satmağa məcbur edildiklərini bildiriblər. Bu sırada Urmiyada durumun xüsusilə ağır olduğu yada salınıb. Xalqın bu zorakılığa cavab verməsi üçün imkanlara malik olmadığı xatırladılıb.
Natiqlər Güney Azərbaycanda durumu müzakirə etmək və cari mərhələdə hansı tədbirlərin lazım olduğunu müəyyənləşdirmək üçün bütün siyasi partiya və ictimai birlilərin iştirakı ilə Güney Azərbaycan Forumu keçirmək təklifi səsləndirib.