D18 Hərəkatı "İlin avtoritar rektoru" mövzusunda sorğu keçirib

D18 Hərəkatının sədri Ruslan İzzətli

D18 Hərəkatı Müsavat Partiyasının qərargahında sonra "İlin avtoritar rektoru" sorğusunun nəticələrini açıqlayıb.

D18 Hərəkatının rəhbəri Ruslan İzzətli "İlin avtoritar rektoru" sorğusunun nəticələri barədə məlumat vüerib.

İzzətli sosial mediada tələbələr arasında keçirən sorğuda ən az səs yığan rektorun Tibb Universitetinin rektoru Gəray Gəraybəyli olduğunu açıqlayıb.

D18 Hərəkatı "İlin avtoritar rektoru" sorğusunu təqdim edir

“Sorğuda əsasən 18-24 yaş arası gənclər iştirak edib. 4500 nəfərin iştirak etdiyi sorğuda səs verənlərin 53% kişi, 47 %-i xanımlar olub. Böyük marağa səbəb olan sorğuda 38% səs çoxluğu ilə İqtisad Universitetinin rektoru Ədalət Muradovu " İlin Avtoritar rektoru seçilib. Muradova çatacaq olan mükafat İqtisad Universitetinə göndəriləcək”, o qeyd edib.

Tədbirdə çıxış edən qonaqlar daha çox təhsildə olan problemlərdən, onların həlli yolundan danışıblar.

Tədbirə siyasi partiya rəhbərləri, ziyalılar, gənclər və media təmsilçiləri iştirak edib.

Mükafatlandırma mərasiminə sabiq təhsil naziri Firudin Cəlilov, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər və diəgrə tatınmış ictimai-siyasi xadimlər iştirak edib.

Bununla yanaşı, sorğunun hansı metodologioya ilə keçirilməsi, ictimai məzmunu və hansı regionu əhatə etməsi, respondetlərin hansı suallara cavab verməsi barədə məlumat verilmir.

Öz növbəsində, sorğuda adı çəkilən tərəflər və rəsmi şəxslər hələ bununla bağlı mövqe bildirməyib.