Gələn 50 il ərzində alzheymer və demensiyanın( yaddaşın pozulmasına səbəb olan xəstəlik) yaşlılar arasında artacağı gözlənilir. Hazırda ailmlər D vitamininin bu xəstəliklərə tutulma riskinə təsirini araşdırır.
D Vitamini günəş, qozlar və balıq kimi müxtəlif mənbələrdən alınır.
İndi alimlər bu vitaminin azlığının alzheymer və demensiya ilə əlaqəsi ola bildiyini deyir. Bu xəstəliklər təkcə onlara qayğı göstərənlərə deyil, xəstələrin özləri üçün olduca yorucudur. Kris Roberts demensiya xəstəsidir: "Ən çətin tərəfi maşını hara sürdüyümü, haraya getdiyimi, harada olduğumu unutmaqdır."
Ümumdünya Səhiyyə Təşkilatının təxminlərinə görə, dünyada bu kimi xəstəliklərdən 47 milyon insan əziyyət çəkir. Bu göstəricinin 60 faizi yoxsul və orta gəlirli ölkələrin payına düşür.
Amerika alimləri yaşlıların D vitaminin səviyyəsi ilə onların dərketmə qabiliyyəti arasındakı bağlılığı araşdırır. Doktor Coşua Miller: “Bəzilərində açıq aydın yaddaş problemi, bəzilərində orta, digərlərində isə tam normal dərketmə funksiyası qeydə alınıb.”
Alimlərin dediyinə görə, bu insanların 60 faizində D vitamininin səviyyəsi aşağı olub. Doktor Coşua Miller: “Demensiyası olanlarda digərləri ilə müqayisədə D vitamini çatışmazlığı qeydə alınıb.”
D vitamini çatışmazlığı olanlarda qısamüddətli yaddaş itirilməsi, orqanizə qabiliyyəti, proritetlərin seçilməsi və qərar verilməsində çətinlik aşkar edilib.
Doktor Coşua Miller: “Onlarda D vitamini normal səviyyədə olanlarla müqayisədə 2.5 dəfə geriləmə müşahidə edilib.
Araşdırmalar D vitamininin demensiyada rol oynadığını göstərsə də, alimlər D vitamini qəbulunun xəstəliklərə mane olub-olmadığını müəyyən etməlidir.