Son vaxtlar iranlı agentlərin Türkiyədə həbs edilməsi İran-Türkiyə əlaqələrində gərginliyin artması kimi dəyərləndirilir. Amerikanın Səsinə danışan siyasi şərhçi Cəlal Rövşənin sözlərinə görə, bu həbsləri İrana verilən bir "göz dağı" kimi deyil, Türkiyə qanunları çərçivəsində həyata keçirilən əməliyyatlar kimi görmək lazimdir.
Your browser doesn’t support HTML5
Türkiyə mediası bu yaxınlarda bir İranlı diplomatın həbsinə dair məlumat yayıb. Bir müddət əvvəl də Türkiyənin polis və təhlükəsizlik qüvvələri İranlı ərəb fəal Həbib Kəəbin qaçırılması ilə əlaqədar İranın kəşfiyyat qurumu üçün çalışan bir casus şəbəkəsinin üzvlərini həbs etmişdilər.
Bir neçə il əvvəl də sayın Ərdoğan çox ciddi bir şəkildə İranın ‘pers milliyyətçiliyi və şiə yayılmaçılığı’ siyasətini sərt bir dillə tənqid etmişdi. Yəni, Türkiyə Cümhuriyyəti [İranın bu siyasətinin] fərqindədir.
Cəlal Rövşən deyir ki, “mən bu əməliyyatları Türkiyə Cümhuriyyətinin qanunları və mənfəətləri çərçivəsində görürəm. İranın hərəkətlərinə cavab olaraq görmürəm.”
İran-Türkiyə münasibətlərinin tarixini şərh edən siyasi şərhçi iki ölkə arasındakı əlaqələrin bəzi dönəmlərdə inkişaf etdiyinə baxmayaraq, heç bir zaman dostluq mahiyyətində olmadığını önə çəkir.
“İran-Türkiyə münasibətlərinə neçə yönlü baxmaq lazimdir. Bunun neçə əsas başlığı ola bilər. Birincisi, təhlükəsizlik məsələsi. Bu çox sıxıntılı və qarışıq məsələdir. Başqa alt başlıqları da var. İkinci əsas məsələ iqtisadiyyatdır. Bunlarla bərabər təhlükəsizlik məsələsində bəzi gərginliklər və böhranlar da yaşanır. Burada problemli və təzadlı xüsuslar da var, bunlardan bir sıra əməkdaşlıqlar da ortaya çıxır,” o, söyləyir.
SEE ALSO: “Cavad Zərifin Ərdoğana təpkisi İrandakı türk məsələsini tabu olmaqdan çıxardı”Cəlal Rövşən əlavə edir, “Türkiyə və İranın çox önəmli müştərək sərhədləri var. Bundan əlavə, iki coğrafiyada əhali baxımından önəmli və tarixi ortaq nöqtələr var. Bu ortaq nöqtələr əlbəttə ki, müsbət nöqtəyə də çevirilə bilər, amma hər zaman böhran və gərginliyə də səbəb ola bilər ki, olur da. Məsələn illərdir Türkiyənin başına bəla olmuş terror məsələsi. Bu məsələnin içində sadəcə PKK yoxdur. Bunun içində İran da vardır. İran da burada öz payı qədər Türkiyə baxımından həm müsbət, həm də mənfi rol oynayır. Türkiyədə terror aktları həyata keçirənlərin ən önəmli qaçış nöqtələrindən biri İran sərhədidir. İran hər zaman buna göz yumub. Bu İran-Türkiyə əlaqələrində gərginlik səbəbidir.”
İran-Türkiyə münasibətlərinə neçə yönlü baxmaq lazimdir. Birincisi təhlükəsizlik məsələsi. Bu çox sıxıntılı və qarışıq məsələdir. Başqa alt başlıqları da var. İkinci əsas məsələ iqtisadiyyatdır.
Cəlal Rövşən İran və Türkiyə arasında gərginliyə səbəb olan önəmli faktorlardan birinin də İranda yaşayan türklər olduğunu vurğulayır:
“Məsələnin başqa tərəfi, Türkiyə nüfusu və Türkiyə milləti ilə eyni soy, eyni dil və eyni millətdən olan, İranda və özəlliklə Güney Azərbaycan bölgəsində yaşayan türklərin məsələsidir. İran türk məsələsini hər zaman üst səviyyəli bir təhlükəsizlik məsələsi olaraq görüb. Niyə belə görüb? Çünki tam yanında Türkiyə var. İran hər zaman bundan qorxub.”
Rövşənin dediklərinə görə, “İranın türk məsələsindən qorxduğunu ilk səsləndirən Cavad Zərif oldu.” O, Türkiyə prezidenti Ərdoğanın Bakıda oxuduğu “Arazı Ayırdılar” şeiri üzərindən ortaya çıxan gərginliyə diqqət çəkərək əlavə edir ki, bu şeirin oxunması İran tərəfindən ölkənin təhlükəsizliyinə hücum olaraq, İran iç işlərinə qarışma və əlavə olaraq İranı bölmə təşəbbüsü kimi təfsir edildi... Bir neçə il əvvəl də sayın Ərdoğan çox ciddi bir şəkildə İranın ‘pers milliyyətçiliyi və şiə yayılmaçılığı’ siyasətini sərt bir dillə tənqid etmişdi. Yəni, Türkiyə Cümhuriyyəti [İranın bu siyasətinin] fərqindədir. Amma Türkiyənin iç mexanizmləri tamamən fərqlidir. İran kimi hərəkət etmir.”