76-cı Qızıl Qlobus Mükafatı mərasimi keçirilib

Bazar günü keçirilən 76-cı Qızıl Qlobus Mükafatı mərasiminin aparıcısı aktrisa Sandra Oh Holliviudda artmaqda olan müxtəlifliyi alqışlayıb.

Koreyalı mühacir ailəsində Kanadada doğulmuş Sandra mərasimin açılışında kütləyə “dəyişikliyin baş verdiyi anın şahidi” ola bilməsi üçün qorxusuna güc gəldiyini deyib.

“Mənə inanın. Bu realdır. Ona görə ki, mən sizi görürəm. Mən bu fərqli simaları görürəm. İndi hər kəs bunu görəcək”- deyə, 2019-cu il Qızıl Qlobus Mükafatı mərasimini aparıcısı Sandra Oh bildirib.

Ən yaxşı drama janrlı bioqrafik Bohemian Rhapsody filmində rok ulduzu Fredi Merkurinin obrazını gözəl yaratdığına görə, Rami Malek drama janrında ən yaxşı aktyor kateqoriyasında mükafatın qalibi oldu.

Maherşala Əli Yaşıl Kitab adlı musiqili bioqrafik filmdə ən yaxşı tərəf-müqabili kateqoriyasında mükafatın qalibi oldu. Bu film ən yaxşı film, müzikal və komediya daxil olmaqla, ümumilikdə 3 Qızıl Qlobus aldı.

Regina Kinq Ceyms Boldvinin əsərinə əsasən çəkilmiş If Beale Street Could Talk filmindəki roluna görə ən yaxşı aktrisa kimi tərəf-müqabili kateqoriyasında mükafatı aldı.

Musiqili və ya komediya janrlı filmə görə ən yaxşı aktyor kateqoriyasında mükafata layiq görülən Kristian Beyl “Vitse” filmində sabiq vitse-prezident Dik Çeyni obrazını yarada bilməsində ona kömək etdiyinə görə şeytana təşəkkür edib.

Və Sandra Oh özü BBC Amerika televiziya kanalında yayımlanan drama janrında “Killing Eve” filmindəki ifasına görə ən yaxşı aktrisa kateqoriyasında Qızıl Qlobus mükafatının qalibi oldu.

Hollivudun Xarici Mətbuat Assosiasiyası Qızıl Qlobus Mükafatı mərasiminə ev sahibliyi edib.