Kipr millət vəkilləri vergi qanunlarını müzakirə edir

Protesters take part in an anti-bailout rally outside the parliament in Nicosia March 18, 2013

Kipr millət vəkilləri ölkənin banklarını xilas etmək üçün maliyyə toplanmasına yardm edəcək qanunvericilikdə dəyişikliyi müzakirə edirlər.

Müzakirə edilən qanun layihəsində əmanətlərin miqdarına gorə vergi tətbiq olunması nəzərdə tutulur.131 min dollardan yüksək hesablara 9,9, 25 min dollarla131 min dollar arasında hesablara isə 6,75 faiz vergi tətbiq olunacaq. 25 min dollardan az hesablar üçün isə vergi tətbiq olunması nəzərdə tutulmur.

Vergi dərəcələri Kiprdə qalmaqala səbəb olan qanun dəyişikliyinin bir hissəsidir. Dəyişıklıkdən əvvəl bütün bank hesablarına məbləğindən asılı olmayaraq vergi tətbiq olunması nəzərdə tutulurdu.

Kipr bankları çaxnaşmaya düşmüş investorların hesablarından pullarını çıxarmasının qarşısını almaq üçün çərşənbə axşamına qədər faaliyyətini dayandırıb.

Dünən dünyanın hər yerində Kipir banklarında tətbiq olunacaq bu qayda ilə əlaqədar birjalarda aksiyaların dəyərinin enməsi müşahidə edilir.

Bank hesablarına tətbiq olunacaq vergi Kipr adası üçün nəzərdə tutulmuş 13 milyard xilas paketinin tərkib hissəsidir.

Kipr Avropa iqtisadiyyatının kiçik bir hissəsini təşkil edir. İqtisadi xilas paketi tətbiq olunmuş Yunanıstan, Portuqaliya və İspanya bankları hesablara heç vaxt vergi tətbiq etməyib.