ABŞ-da xüsusi prokuror Robert Müller Ağ Evə bildirib ki, prezident Donald Trampa ittiham irəli sürməyəcək. Hətta Rusiya-Tramp əlaqələrini araşdıran komanda cinayətə dəlil aşkarlasa belə.
Bu məlumatı prezidentin vəkili yayıb.
Vəkil, keçmiş prokuror və Nyu-Yorkun sabiq meri Rudi Culiani CNN və Fox News-a danışıb. Onun dediyinə görə, Ədliyyə nazirliyinin çoxdan təsbit etdiyi hüquqi yanaşmaya, yəni vəzifədə olan prezidentə ittiham irəli sürülə bilinməyəcəyinə dair qanuna riayət edəcək.
“Onlar ancaq hesabat hazırlayacaqlar. İttiham irəli sürə bilməzlər. Bir az mübarizə apardıqdan sonra bunu bizə etiraf etdilər”, - Culiani CNN-ə deyib.
Vəkil Fox News-a bildirib ki, prezidentin toxunulmazlığı səbəbindən Müller təhqiqatını dayandırmalıdır.