Prezident Trampın şəxsi vəkili Rusi Culiani prezidentə ABŞ-ın Ukraynadakı keçmiş səfirinin Trampın manefiyinə xidmət edə biləcək araşdırmaları ilə bağlı məlumatları çatdırdığını bildirib.
The New York Times-a müsahibə verən Culiani deyib ki, vəzifəsindən kənarlaşdırılan səfir Mari Yovanoviç və o, Trampı detallarla tanış edib.
Culianinin bu gün dərc edilən müsahibəsi Trampın impiçmentə yaxınlaşdığı vaxla üst-üstə düşür.
Səfirin vəzifəsindən kənarlaşdırılmasına bir çox səbəb var idi. Tramp və Pompeo mənə inanıb və bu səbəbdən Yovanoviçi işdən çıxarıb
Belə ki, demokratların nəzarətində olan Nümayəndələr Palatası çox ehtimal ki, çərşənbə günü Trampı impiç edəcək.
“Prezident Trampın impiç edilməsinə bəraət qazandırmaq üçün onun əməlləri cinayətkarlıq kimi qiymətləndirilmir, onun davranışı kriminallıqdır”- deyə, demokratlar bildirib.
Onlar prezidentin “vətənə xəyanət” etdiyinə görə hakimiyyətdən uzalqaşdırılmasını vacib hesab edir.
Culiani deyib ki, o, prezidentə Ukraynanın prezidentin siyasi rəqibi Co Baydenlə bağlı araşdırma aparması da daxil edillməklə, Yovanoviçin Trampa yardım edə biləcəyinin baş tutmaması haqda ona bir neçə dəfə məlumat verib.
O, Trampın bütün bu informasyanın dövlət katibi Mayk Pompeoya çatdırdığını və Trampın Yovanoviçə artıq etibar etməyərək, onu səfirlikdən geri çağırdığını deyib.
Nyu-Yorkun sabiq meri hələ ilin əvvəlində Yovanoviçin Trampın xeyrinə olacaq araşdırma apardığını demişdi.
"Səfirin vəzifəsindən kənarlaşdırılmasına bir çox səbəb var idi. Tramp və Pompeo mənə inanıb və bu səbəbdən Yovanoviçi işdən çıxarıb" - deyə, Culiani Times-a bildirib.