Britaniya məhkəməsi Wikileaks-in təsisçisi Culian Assanjın 315000 dollar müqabilində zaminə buraxılmasına qərar verib. BBC-nin məlumatına görə, elektronik qolbağ taxacaq Assanj məhdud azadlığa malik olacaq. Ötən həftədən London məhkəməsində saxlanılan Assanj zorlama ittihamı ilə sorğu-suala çəkilirdi. Avstraliya televiziyasının məlumatında deyilib ki, Assanj anası ilə görüşü zamanı ona qarşı irəli sürülən iddiaların doğru olmadığını və məlumat azadlığı ideallarına sadiq qaldığını deyib.