Cüdo üzrə Dünya Çempionatında qızıl medal [Video]

Elxan Məmmədov cüdo üzrə dünya çempionu oldu

Braziliyanın Rio de Janeyro şəhərində keçirilən cüdo üzrə dünya çempionatında 100 kq çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov qızıl medal qazanıb. Cüdoçu ardıcıllıqla Dominik Dyuqassen (Seyşel), Or Sasson (İsrail), David Alarza (İspaniya) və Takaşi Onoya (Yaponiya) qalib gələrək, finala yüksəlib.

Qızıl medal uğrunda görüşdə isə Elxan Məmmədov hollandiyalı Henk Qrola qalib gələrək, dünya çempionu olub.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan milli komandamızın heyətində Orxan Səfərovun (60 kq) “bürünc” qazanmışdı.

Hazırda komandanın aktivində iki medal var.