Jurnalistləri Müdafiə Komitəsi: 2012-ci il dünyada ən çox jurnalistin öldüyü il olub

Baş qərargahı Birləşmiş Ştatlarda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin bildirdiyinə görə, Suriyada baş verən zorakılılar nəticəsində və dünya boyu hücumların hədəfinə çevrildikklərinə görə 2012-ci il jurnalistlərin ən çox qətlə yetirildiyi il olub.

Jurnalistləri Müdafiə Komitəsinin açıqladığı illik hüsabatda dünya boyu 70 jurnalistin qətlə yetirildiyi, 232 jurnalistin isə həbs edildiyi deyilir.

Komitənin direktor müavini Robert Mahoninin dediyinə görə, öldürülənlərin əksəriyyəti yerli jurnalistlər olub və onları qətlə yetirənlərin heç biri məsuliyyətə cəlb edilməyib.

Hesabatda deyilir ki, Suriyada qarşıdurmalar zamanı və ya hədəf alınaraq öldürülən 28 jurnalistdən dördü suriyalı, daha 13 nəfər isə münaqişəni kameralar və mobil telefonlarla işıqlandıran "vətəndaş jurnalistlər" olublar.

Hesabatda Somalidə azı 12 jurnalistin, Pakistanda isə 7 jurnalistin qətlə yetirildiyi deyilir.